Rusiya Ukraynanın itkilərini açıqladı
Xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Rusiya silahlı qüvvələri Ukraynanın 289 pilotsuz uçuş aparatını, 1656 tankı və 169 reaktiv yaylım atəşi sistemini məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 289 pilotsuz uçuş aparatı, 1656 tank və digər zirehli döyüş maşını, 169 reaktiv yaylım atəşi sistemi, 684 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1503 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - Konaşenkov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Hava Kosmik Qüvvələri bir gündə Ukraynanın 67 hərbi obyektini, o cümlədən iki komanda məntəqəsini məhv edib: "Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 67 hərbi obyektinə zərbələr endirib. Onların arasında iki komanda məntəqəsi, silah-sursat olan üç səhra anbarı, Ukrayna silahlı qüvvələrinin bölmələrinin 11 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi 20 rayon var".

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var