Rusiya dəniz piyadaları briqadasının komandiri öldürüldü
Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini öldürüb.
Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
O qeyd edib ki, Odessaya hücum planlaşdıran rus dəniz piyadaları Nikolayevlə Mariupol arasındadır:
"Yaxşı xəbər var - Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib", - Bratçuk bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib. Bratçuk hər kəsə xoş gün və xoş xəbərlər arzulayıb, qələbəyə inandığını da əlavə edib.
"Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəslə belə olacaq. Onları bağışlamaq yoxdur" - Bratçuk bildirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var