XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rusiyalı briqada komandiri Ukraynada öldürüldü

Rusiyalı briqada komandiri Ukraynada öldürüldü

Rusiyalı briqada komandiri Ukraynada öldürüldü
23-03-2022, 13:20


Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini məhv ediblər.

Bu barədə Odessa vilayət hərbi administrasiyasının operativ qərargahının rəsmisi Sergey Bratçuk deyib.

Onun sözlərinə görə, Odessaya hücum etmək istəyən rus dəniz piyadaları hazırda Nikolayevlə Mariupol arasında can verirlər.

“Yaxşı xəbər var. Rusiya dəniz piyadaları briqadasının komandiri də öldürülüb”, - Bratçuk bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.