Banklarda Rusiyaya aid daha 3 milyard dollar tapıldı
Baham adalarının Mərkəzi Bankı Rusiya aktivləri ilə bağlı məlumatları açıqlayıb.
Xalqxeber.az "Reuters"ə istinadən xəbər verir ki, sahibləri Rusiya Federasiyası ilə əlaqəli olan hesablarda ümumilikdə 3 milyard dollara yaxın vəsait var.
Qeyd olunur ki, Baham adaları yalnız martın 12-də Qərbin sanksiyalarına məruz qalan Rusiya təşkilatları ilə bütün əməliyyatları dayandırıb.
Mərkəzi bank ölkənin maliyyə institutlarında 420 milyon dollar depozit və 2,5 milyard dollarlıq depozitar və ya trast aktivləri "Rusiyada və ya onunla əlaqəli son benefisiar sahibləri ilə" aşkar edib.
Eyni zamanda, bu məbləğə yerli əhali ilə işləyən Baham banklarında saxlanıla bilən heç bir Rusiya aktivinin daxil olmadığı göstərilir.
Xatırladaq ki, Baham adaları Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var