Kadırovdan Baydenə - “Bunu eşidəndə ağzım sulandı”
Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya dəstək verən və müharibədə istifadə edilmək üçün silah göndəriləcəyini açıqlayan ABŞ Prezidenti Co Baydenə təşəkkür edib.
Xalqxeber.az xəbər verir ki, Kadırov bu silahları ələ keçirib Rusiya adından istifadə etməyi səbirsizliklə gözlədiyini bildirib.
“Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər aldıq. İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlardan razı deyildik. Uzun müddətdir ki, döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin heç vaxt düşünmürdük ki, amerikalılar bizə kömək edərdilər”, - Kadırov deyib.
ABŞ-ın silah göndərdiyi xəbərini oxuyanda “ağzının sulandığını” deyən çeçenlərin lideri qeyd edib: “Bütün bunlar doğrudan da bizim olacaq?”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var