"Putini dəstəkləyən bütün ruslar məsuliyyət daşıyır"
Ukraynadakı müharibəyə görə məsuliyyət təkcə Putinin deyil, onun siyasətini dəstəkləyən və həyata keçirən bütün rusların üzərinə düşür.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.
"Reallıq budur ki, kimsə (red. Rusiya) Ukrayna şəhərlərinə bombalar yağdırır, dinc sakinləri güllələyir, amma ruslar “Z” formalaşdırır, anketlərdə Putini dəstəkləyir. 1930-cu illərdə olduğu kimi. Onlar təbliğatla zəhərlənsələr belə, məsuliyyət daşıyırlar ", - deyə Kuleba yazıb.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts ruslara qarşı təhqir və hücumların yolverilməz olduğunu, çünki Ukraynadakı müharibəyə görə rusların deyil, yalnız Vladimir Putinin cavabdeh olduğunu bildirib.
Lakin Ukrayna Prezident Aparatının müşaviri Mixail Podoliak bildirib ki, Almaniya kansleri Olaf Şolzun Ukraynaya qarşı təcavüzə görə yalnız Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıması barədə bəyanatı Avropada yanlış tendensiya ola bilər, çünki rusiyalıların 71%-i müharibəni dəstəkləyir. XalqXeber.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var