Zelenski Putinə şərtlərini açıqladı: "Bunları edin, barışıq olsun!"
Zelenski Rusiya ilə danışıqlarda prioritetlərini açıqlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynada müharibə ilə bağlı Rusiya ilə danışıqlarda onun prioritetləri münaqişəyə son qoymaq, təhlükəsizliyə təminat vermək, suverenliyin və ərazi bütövlüyünün bərpasıdır.
Rusiya əsgərlərinə müraciət edən Zelenski onlara Ukraynada döyüş meydanında ölməkdənsə, silahlarını yerə qoymağı təklif edib:
"Silahını yerə qoyan hər bir rus əsgərinin sağ qalmaq şansı olacaq. Silahlarınızı yerə qoyun. Bu, döyüş meydanında, bizim torpaqlarımızda ölməkdən yaxşıdır”, - deyə Zelenski bildirib.
Zelenski Rusiyanın mühasirədə olan Mariupolda yerləşən yüzlərlə insanın gizləndiyi teatra qəsdən güclü bomba atdığını və bunun nəticəsində binanın çökdüyünü vurğulayıb:
"Ölənlərin sayı hələ məlum deyil. Rusiya xalqımıza, bizim Mariupolumuzu, Donetsk bölgəmizi bərbad günə qoyub”.
Zelenski həmçinin dünyanın Rusiyanı terrorçu dövlət kimi qəbul etdiyini bildirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var