Rusiyanın ən varlı qadınları – SİYAHI
“Forbes” Rusiyada internet mağaza “Wildberries”in baş direktoru və qurucusu Tatyana Bakalçuku ölkənin ən varlı qadınlarının illik reytinqində yeni lider seçib.
Siyahı qəzetin saytında dərc edilib.
Bildirilir ki, Bakalçukun sərvəti bir il ərzində 1 200 % artıb. Bu göstəriciyə görə o, “Forbes 2021”in reytinqində dünyanın bütün milyarderləri arasında ikinci yeri tutub. Onun sərvəti 13 milyard dollar qiymətləndirilir.
Mikayıl Şişxanovun “Inteko” şirkətinin satışından sərmayəsini artıran “Inteco Management”in keçmiş prezidenti Yelena Baturina ikinci yerdədir. Son bir ildə xarici KİV onun haqqında 1 391 dəfə məqalə yayımlayıb. Baturinanın sər7888vəti 1,3 milyard dollar dəyərində qiymətləndirilir.
“Çerkizovo”nun baş direktoru Lidia Mixaylova və ailəsi üçüncü, “Lukoyl”un ikinci ən böyük səhmdarı Leonid Fedunun qızı Yekaterina Fedun dördüncü, “Svetofor” şəbəkəsinin ortağı Valentina Şnayder və ailəsi isə siyahıda beşinci yerin sahibi olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır