Referendumda "Yox" deyən aparıcının evi gülləbaran edildi-FOTOLAR
Referendumdan əvvəl səsinin "Xeyr" olacağını açıqlayan, sonra isə işindən uzaqlaşdırılan Türkiyənin tanınmış aparıcısı İrfan Değirmencinin evi atəşə tutulub.
Siyasi fikirlərini aparıcı olduğu dövrdə qorxmadan açıqlayan İrfan Değirmenci işindən uzaqlaşdırıldıqdan sonra, referondumda "yox" deyənlərə qoşularaq təbliğat kampaniyalarında aktiv iştirak edib.
Bu gecə aparıcınını evi atəşə tutulub. Sosial şəbəkədən yaşadığı evin güllələrə tutulmuş şəkillərini paylaşan aparıcı polisin araşdırma apardığını bildirib.
İrfan Değirmenci güllələnmə ilə bağlı status paylaşıb: "Səhərə qarşı evim güllələndi. Sağ olsunlar, polislər araşdırma apardılar. Yaxşıyam. Narahat olmayın."
İrfan Değirmenci İstanbuldakı evinə edilən silahlı basqınla bağlı Sözcü.com.tr- yə açıqlama verib: "Hücum gecə saat 02:30-da oldu. Həmin vaxt mən yatırdım. Atəş səslərinə oyandım. Polisə zəng vurdum. Araşdırmalardan sonra təsadüfi güllə ola biləcəyini dedilər. İnşaallah ki, doğrudan da təsadüfi güllələnmədir." O bildirib ki, bu hücumdan sonra heç bir planını pozmayıb. Hazırda kitabının təqdimatlı ilə bağlı Ankara şəhərinə yola düşür.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır