“Ana, nə olar ölmə!” - Video
Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsini əks etdirən kadrlar izləyənləri dəhşətə gətirib.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Belə ki, eks-əri Fedai Baran 10 yaşlı qızının gözü qarşısında onun boğazını kəsib.
Sözügedən kadrlarda mərhum boğazını tutaraq ölmək istəmədiyini söyləyir. Hadisənin şokunda olan 10 yaşlı qızı isə ona yaxınlaşaraq “ana, nə olar ölmə!”, - deyir.
Yaralı Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
F. Baran daha sonra açıqlamasında keçmiş həyat yoldaşının uşağın yanında onu təhqir etdiyi üçün bu yola əl atdığını bildirib.
“Söhbət zamanı Əminədən təkrar evlənib evlənməyəcəyini soruşdum. Çünki belə bir şey eşitmişdim. O da evlənəcəyini dedi. Daha sonra uşağın kimdə qalacağını danışan zaman məni təhqir etdi. Əsəbiləşib əvvəlcə qarın boşluğuna bıçaqla zərbə vurdum, daha sonra bədəninin müxtəlif nahiyələrinə”.
Hadisə ilə bağlı sosial şəbəkələrdə Əminə Bulud həştəqi yaradılıb və hər kəs bu hadisəyə qarşı çıxıb. İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu qətllə bağlı fikrini bildirərək qadının “ölmək istəmirəm” çığırtısının bu günə kimi cinayətə qurban gedən bütün qadınların səsi olduğunu bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır