Almazbek Atambayev təslim oldu
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.
Xarici KİV-ə istinadən istinadən xəbərə görə, sabiq Prezident özü təslim olub.
Qeyd edək ki, ötən gün A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı ölüb.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasında ölkənin sayca 4-cü prezidenti olan A. Atambayevi ölkə Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmaqda ittiham edib.
Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq ölkə başçısını toxunulmazlıqdan məhrum ediblər.
O Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada da ittiham olunur. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib.
Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır