Osakada “Böyük iyirmilik” sammiti start götürüb
Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilik” (G20) sammiti start götürüb.”Report”un Yaponiyaya ezam olunmuş müxbirinin məlumatına görə, 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.
Sammit zamanı bir neçə sessiya, o cümlədən rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sssiya olacaq.
Tədbirlərin əsas mövzusu rəqəmsal iqtisadiyyatın inkişafı, qlobal ticarət və investisiyalar, innovasiyalar, iqlim dəyişkənliyi məsələləri və dənizlərin plastik kütlələrlə çirkləndirilməsi ilə mübarizə və səhiyyə olacaq.
G20 ölkələrinin liderləri sammit çərçivəsində rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sessiya keçiriblər.
“Report”un sammitin keçirildiyi Osaka şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, sessiya zamanı Yaponiyanın baş naziri Sindzo Abe, ABŞ Prezidenti Donald Tramp, Çin sədri Si Szinpin və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker çıxış ediblər.
Görüş iştirakçıları rəqəmsal iqtisadiyyat, ticarət və elektron kommersiyanın vacib olduğunu təsdiq ediblər.
Açıq bazarlara bağlılığın mühümlüyünü qeyd edən ABŞ Prezidenti rəqəmsal iqtisadiyyatın öz növbəsində qlobal iqtisadiyyatın inkişafına kömək etdiyini bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?