Rusiyada 5 milyardlıq vergi iddiası – Ruslan Əsgərov həbs edildi
Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi – “Renessans” holdinqinə hücum olub
Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi – “Renessans” holdinqinə hücum olub: vergi orqanları şirkətə qarşı 5,2 milyard rublluq iddia qaldırıblar, həmçinin şirkətin nümayəndəsini – Azərbaycan vətəndaşını tutublar.
Virtualaz.org “Fontanka” nəşrinə istinadla xəbər verir ki, holdinqin sahibi Erman Ilıcak 3,3 milyard dollarlıq varidatla Türkiyənin ən varlı insanlarındandır. Onun Rəcəb Tayyib Ərdoğanla çox yaxın münasibətləri var və bir çox Rusiya-Türkiyə iqtisadi danışıqlarında fəal iştirak edir.
İyunun 10-da Peterburq şəhəri üzrə Federal vergi xidməti idarəsi bu şəhərdə qeydiyyatdan keçmiş “Renessans Hevi İndastris” (RHİ) MMC-nin apellyasiya şikayətini təmin etməyib. Aprelin ortalarında səyyar yoxlamanın nəticələrinə görə şirkət 5,2 milyard rubl cərimələnib və bundan sonra iş adamları yuxarı instansiyaya müraciət ediblər.
Yoxlamalar 2017-ci ildən başlayaraq aparılıb və yoxlamanın subyekti olan illərdə – 2013-2015-ci illərdə RHİ Rusiyanın neft-kimya müəssisələrinin tikintisində baş podratçı olub.
Şirkət subpodratçılara obyektlərdəki işlərə görə ödənişlər etdiyi görüntüsünü yaradıb, əslində isə subpodratçılara pulları daha yüksək tariflə köçürərək, tikinti ilə özü məşğul olub – belə daha ucuz başa gəlir. Vergi işçilərinin fikrincə, ödənişə yönəldilən pullar nağdlaşdırılıb. Onlar qismən inşaatçıların qeydiyyata alınmayan maaşlarının ödənilməsinə, yerdə qalan hissə isə xaricə gedib. Bu vəsaitlərin son ünvanı BƏƏ ola bilər.
Mənbə xəbər verir ki, məhkəmənin qəraı ilə bu şirkətin Rusiyadakı nümayəndəsi – Azərbaycan vətəndaşı Ruslan Əsgərov həbs edilib. O, “Renessans” holdinqinə daxil olan bir neçə şirkətin keçmiş baş direktoru kimi tanınır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır