Moskvada atışma — Azərbaycanlılar öldü
Moskvanın "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verən silahlı insidentin təfərrüatları məlum olub.
Rusiya KİV-ə istinadən xəbər veririk ki, ölənlərdən birinin cibindən "The Moscow Times" nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsinin çıxdığı bildirilir.
Lakin məlumat öz rəsmi təsdiqi tapmayıb. Belə ki, şəxsiyyət vəsiqəsinin saxta ola biləcəyi ehtimalı var. Çünki "The Moscow Times" qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb.
İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev ad-soyadlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.
Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.
Faktla bağlı cinayət işi açılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır