Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü - 18 yaralı var
Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib.
DHA-ya istinadən xəbər veririk ki, dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb.
Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.
Bundan başqa, Mardinin Artuklu qəsəbəsində baş verən davada 3 nəfər yaralanıb.
İstanbulun Kadıköy səmtində seçki məntəqəsinin qarşısındakı davada isə bir nəfər bıçaqlanıb.
Beləliklə, 3 ayrı yerdə qeydə alınan davalarda ümumilikdə 18 nəfər yaralanıb.
Qeyd edək ki, səhər saatlarında Malatya şəhərinin Pütürge qəsəbəsində sandıq başında silahlı dava zamanı 2 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır