Azərbaycan əsilli milyarderlərin obyektində axtarış - Mühasirəyə alınıb
Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskvada “Sadovod” bazarı və “Moskva” ticarət mərkəzində axtarışlar aparır. Bu barədə “İnterfaks”a vəziyyət barədə məlumatlı mənbə məlumat verib.
“Reydlər gecə saat 3 radələrindən Moskvanın cənub-şərqində yerləşən “Sadovod” bazarı və “Moskva” ticarət mərkəzində aparılır. Obyektlər mərkəzi polis və Miqrasiya Polisinin əməkdaşları tərəfindən mühasirəyə alınıb”,- deyə mənbə bildirib.
Onun sözlərinə görə, reydlərə səbəb ya ötən gün paytaxt ərazisində miqrantlarla baş vermiş qarşıdurma, yaxud da bazarların ərazisində kriptovalyuta fermaların mövcudluğu ola bilər.
Qeyd edək ki, “Sadavod” bazarı Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.
Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.
***
“Tass” hüquq-mühafizə orqanlarına istinadən yazır ki, polis obyektlərdə aparılan operativ axtarışlardan sonra onlarla miqrantı saxlayıb. Saxlanılan şəxslər ölkədə asayişi pozmaqda və cinayət törətməkdə şübhəli bilinirlər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır