Gürcüstanda 22 nəfərin “donuz qripi”ndən ölməsi TƏSDİQLƏNDİ
Gürcüstanda builki qrip mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusundan 22 nəfər ölüb.
Xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə bildirib.
O deyib ki, ölkədə qripə yoluxma halları azalır: “Son məlumatlara əsasən, 100 min sakinə 186 yoluxma halı düşür. Yoluxmanın pik həddində bu göstərici 277 nəfər təşkil edib”.
A.Qamkrelidze qeyd edib ki, kəskin respirator xəstəliklərlə bağlı xəstəxanalara yerləşdirilmə hallarında da azalma qeydə alınıb: “Ötən həftə bu göstərici 21 faiz idisə, bu həftə artıq 18,2 faiz təşkil edir. Bu, onu göstərir ki, vəziyyət yaxşılığa doğru gedir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır