Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldü
İstanbulda bir cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapanca ilə vuraraq öldürməkdə şübhəli bilinən həmyerlisi Sahib M. uşağını müalicə üçün apardığı xəstəxanada saxlanılıb. Şübhəli ilə yanaşı, yanındakı Turan M. və Rişal H. də tutulub.
Aparılan araşdırma nəticəsində türk polisi silsilə cinayəti aşkara çıxarıb.
Məlum olub ki, 2015-ci ildə Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib.
2017-ci ildə Sahib M. qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada yanındakı iki dostu ilə birgə təşkil etdiyi silahlı hücumda öldürüb.
2018-ci ilin avqustun 8-də Sahib M. bu dəfə də Gəncəli Əliyevi Qaziosmanpaşada silahla qətlə yetirib.
2018-ci ilin avqustun 22-də Qaziosmanpaşada Sahib M.-in qohumu olan Ramil Məmmədov öldürülüb. Hadisəni törədən Asif A. isə saxlanılaraq həbs edilib.
2018-ci ilin 7 oktyabrında Ruhil Ağayev adlı şəxs yenə Sahib M.-in qohumları olan Qasım M. və qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.
Sahib M. ittihamları qəbul etməsə də, haqqında həbs qərarı çıxarılıb, onunla birgə saxlanılan iki şəxs isə azadlığa buraxılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır