Azərbaycanlıların öldüyü gəmidə qanunsuz kömür daşınıb - Yeni faktlar
Ötən gün Panama bayrağı altında üzən və Türkiyə sahillərində qəzaya uğrayan “Volqo Balt” yük gəmisi Rusiyanın Azov limanından Samsun limanına kömür daşıyıb. Ukrayna KİV-nə istinadən xəbər veririk ki, Rostov əyalətindəki Azov limanı tez-tez Donbassın işğal edilmiş hissəsindən Türkiyə limanları və digər ölkələrə qanunsuz kömür daşınması üçün istifadə edilir. Bu barədə “UNN” saytı Müvəqqəti İşğal Olunmuş Ərazilər və Məcburi Köçkünlərin məsələləri üzrə Nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Nazirlik, həmçinin bəyan edib ki, monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində “Volqo-Balt” kimi “çay-dəniz” tipli gəmilər üçün qəzalar gözləniləndir.
Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan isə gəmi Panama bayrağı altında üzüb.
Xatırladaq ki, gəminin batması nəticəsində ölən ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı - kapitanın baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu olub. Digər həmyerlimiz – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır