Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub
Gürcüstanda H1N1 virusuna ("donuz qripi”) 158 yoluxma halı laborator olaraq təsdiq olunub.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
O deyib ki, qrip virusunun yayılma göstəricisi aşağı düşüb: "Son məlumatlara əsasən, 100 min sakinə infeksiyaya yoluxmuş 256 nəfər düşür. Ötən həftə bu göstərici 277 nəfər təşkil edib”.
Qonşu ölkədə qripin geniş yayılması ilə bağlı ötən həftə Rustavi Şəhər Xəstəxanası, bu gün isə Mtsxeta Tibb Mərkəzində karantin elan olunub.
Xatırladaq ki, bu günə qədər Gürcüstanda 8 nəfər "donuz qripi”ndən ölüb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır