Qabonda hərbi çevriliş oldu - VİDEO
Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub.
xalqxeber.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hərbçilər dövlət radio yayımı stansiyasını ələ keçirib və yaxın vaxtlarda Milli Restavrasiya Şurasının yaradılacağını açıqlayıb.
Bildirilib ki, hərbçilər səhər saatlarında yayım şurasının ofisinə gəlib və radio efiri zamanı leytenant Ondo Obianq Kelli ordunun bəyanatını səsləndirib.
Qeyd edilib ki, hərbçilər ölkə prezidenti Ali Bonqonun 31 dekabr bəyanatından qəzəbləniblər.
Xatırladaq ki, Qabon prezidenti Ali Bonqo Ondimba oktyabrın 24-də Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda insult keçirən Ali Bonqonun Mərakeşdəki xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır