Eldar Mahmudovun atasının adını daşıyan tanker Qara dənizdə "ilişib”
Ukraynanın infrastruktur naziri Vladimir Omleyan Rusiyanı Azov dənizindəki Mariupol və Berdyansk limanlarını blokadaya almaqda günahlandırıb. Virtualaz.org xəbər verir ki, nazir Rusiyanın gəmilərin bu limanlara girib-çıxmasına imkan vermədiyini deyib.
“35 gəmi blokadaya alınmış vəziyyətdədir. Hərəkət ancaq Azov dənizindəki Rusiya limanları istiqamətində mümkündür. Yəni Rusiya Azov dənizindəki Ukrayna limanlarını blokadaya alıb”-nazir bildirib.
Vladimir Omelyan deyib ki, hazırda 18 gəmi Azov dənizinə daxil olmaq üçün gözləyir. Onlardan 4-ü Berdyansk, 14-ü Mariupol limanlarına istiqamət alıb. Habelə Azov dənizinin Qara dənizə çıxışında Berdyansk limanından yola çıxan üç gəmi qalır. Daha 8 gəmi isə limanlarda lövbər salıb gözləməli olublar.
“Rusiyanın məqsədi Ukraynanı tədricən qanuni ərazilərindən sıxışdırıb çıxarmaq, Azov dənizində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməkdir”- o bildirib.
Gəmilərin hərəkətini online izləməyə imkan verən MarineTraffic portalının məlumatına əsasən həqiqətən noyabrın 28-də axşam Kerç-Yenikalsk kanalının girişində, Kerç körpüsünün hər iki tərəfində böyük sayda gəmilər cəmləşib. Onların arasında Panama, Malta, Azərbaycan və digər ölkələrin bayraqları altında üzən gəmilər və tankerlər də var. Virtualaz.org MarineTraffic vasitəsilə dəqiqləşdirib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi de-fakto dəniz blokadasının təsirinə məruz qalan gəmilərdən biri də Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan və “Palmali” şirkətinə məxsus olan tankerdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır