Azərbaycanlı “prokuror” Türkiyədə həbs olundu
Türkiyənin Bursa şəhərində aralarında bir azərbaycanlının da olduğu 5 nəfərdən ibarət cinayət dəstə yaxalanıb.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, özlərini telefonda “prokuror” və “polis” kimi təqdim edən dəstə üzvləri 74 və 64 yaşlı iki şəxsi aldadaraq 368 min lirələrini (təxminən 100 min AZN) əllərindən alıblar.
Fırıldaqçılar "polis" və ya "prokuror" adı ilə qurbanlara zəng edərək bankdakı pullarının FETÖ terror təşkilatı tərəfindən istifadə edildiyini bildiriblər. Daha sonra həmin şəxslərin hesablarından çıxardıqları pulları görüş yerində alaraq yoxa çıxıblar.
Dəstə üzvləri polisin növbəti qurbanla birgə işbirliyi sayəsində ələ keçiblər. Onların arasında S.Z adlı 26 yaşlı azərbaycanlı da olub.
Polisdə ifadələri alındıqdan sonra məhkəmənin hökmü ilə 5 nəfər haqqında həbs qərarı verilib. 



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır