Məhkəmə qərarı:3.3 hektar torpaq azərbaycanlı oliqarxa qanunsuz verilib
Moskva Arbitraj məhkəməsi bir neçə gün əvvəl “Lenin adına Sovxoz” QSC-nin “Kaşirskiy Moll” Səhmdar Cəmiyyətinə torpaq sahəsi verməsinə dair sövdələşmənin qanunsuz sayılması barədə hökm çıxarıb. “Kaşirskiy moll” Səhmdar Cəmiyyətinin təsisçiləri azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus Group” şirkəti ilə “Lenin adına Sovxoz” QSC-dir. Sonuncu müəssisənin direktoru Pavel Qrudinin bu ilin yazında Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putinin əsas rəqibi olub.
Rusiya KİV-lərinin məhkəmə zalından verdiyi xəbərlərə görə bu torpaq sövdələşməsinin qanunsuz hesab edilməsi barədə iddianı “Lenin adına Sovxoz” QSC-nin altı minoritar səhmdarı vermişdi. İddiaçılar tələb edirdi ki, “Lenin adına Sovxoz”un “Crocus Group” şirkəti ilə birgə təsis etdiyi “Kaşirskiy Moll” Səhmdar Cəmiyyətinin nizamnamə kapitalına 140 min kvadratmetr torpaq sahəsini daxil etməsinə, habelə 33 min 390 kvadrat metr torpaq sahəsini nizamnamə kapitalı kimi ayırmasına dair sövdələşmə ləğv edilsin.
“İddia qismən təmin edilsin. “Lenin adına Sovxoz” QSC-nin “Kaşirskiy Moll” Səhmdar Cəmiyyətininin nizamnamə kapitalına 33 min 390 kvadratmetr torpaq sahəsini daxil etməsinə dair sövdələşmə qüvvədən düşmüş sayılsın. İddiaçıların tələblərinin qalan hissəsi təmin edilməsin”-hakim Olqa Quzeyeva hökmü elan edib.
İddiaçılar habelə “Lenin adına Sovxoz” QSC ilə “Krocus İnternational” Səhmdar Cəmiyyəti arasında “Kaşirskiy Moll” Səhmdar Cəmiyyətinin təsis edilməsinə dair təsis müqaviləsini də qanunsuz elan etməyi istəyirdilər. Bu iddia da təmin olunmayıb.
İddiaçıların nümayəndəsi Vladimir Boyarinov deyib ki, torpaq sahəsinin ayrılmasına dair qərar səhmdarların ümumi yığıncağında qəbul olunmalıdır. İndiki halda isə torpaq sahəsi qanunvericiliyin tələbləri pozulmaqla ayrılıb. Və bu sövdələşməd maraqlı tərəf kimi sovxozun direktoru Pavel Qrudinin çıxış edib, o, “Kaşirskiy Moll”un tərəfində dayanıb. Boyarinovun sözlərinə görə, 140 min və 33 min kvadratmetrlik iki torpaq sahəsinin ayrılmasından səhmdarlar bu ilin qışında KİV-lərdən xəbər tutublar. Hansı ki, sövdələşmələr 2007 və 2010-cu illərdə bağlanıb.
2014-cü ildə “Lenin adına Sovxoz” QSC “Kaşirskiy Moll” şirkətinin təsisçiliyindən çıxıb, nəticədə bu şirkətin yeganə mülkiyyətçisi Araz Ağalarov olub. Həmin torpaq sahəsində isə “Crocus City”, “Kaşirskiy Moll” və s. nəhəng ticarət mərkəzləri tikilib. İndi mübahisəli torpaq sahələrinin gələcək taleyinin necə olacağı məlum deyil. Qeyd edək ki, Pavel Qrudinin prezidentliyə namizəd olandan sonra hakimiyyətyönümlü mediada onun barəsində kompromat xarakterli çoxsaylı materiallar dərc edilib.(virtualaz)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır