SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Bunların hamısı Rusiyaya qarşı olan adamlardır, qərbə bağlıdır...” - KÖÇƏRYAN PAŞİNYANIN HÖKUMƏTİ HAQDA

“Bunların hamısı Rusiyaya qarşı olan adamlardır, qərbə bağlıdır...” - KÖÇƏRYAN PAŞİNYANIN HÖKUMƏTİ HAQDA

Tarix:

31-08-2018, 10:44

/ 1 505 dəfə oxundu.
“Bunların hamısı Rusiyaya qarşı olan adamlardır, qərbə bağlıdır...” - KÖÇƏRYAN PAŞİNYANIN HÖKUMƏTİ HAQDA

“Ermənistanda hakimiyyətə gələn adamlar uzun illər Rusiyaya qarşı, Ermənistanın Avrasiya İttifaqında iştirakına qarşı çıxıblar, burada Rusiya hərbi bazasının əleyhinə olublar. Təsəvvür etmək çətindir ki, bütün bunları bir günə necə dəyişmək olar”.

Bu sözləri Ermənistanın eks-prezidenti Robert Köçəryan “Sputnik” agentliyinə müsahibəsində deyib.

Köçəryan bildirib ki, Nikol Paşinyan və komandası tamamilə qərbyönümlüdür. “Komanda demək olar ki, keçmişdə tamamilə başqa geosiyasi yanaşmalara sadiq adamlardan ibarətdir. Onların demək olar ki, hamısı qərb strukturları, qrantları ilə bağlıdır”-həbsdən buraxılandan sonra siyasətə qayıtdığını elan edən və hər gün müsahibələr verib Paşinyanın hökumətini tənqid edən keçmiş prezident deyib.

Köçəryana görə Rusiyadan üz döndərmək istəyənlərin yanaşması təhlükəlidir. Çünki regionda təhlükəsizlik sahəsində Rusiyadan çox imkanlara malik olan ikinci ölkə yoxdur. “Kimin rıçaqları, təsiri, hərbi imkanları böyükdür? Hesab edirəm ki, sualın cavabı aydındır. Artıq formalaşmış münasibətlərdən imtina etmək olmaz. Ona görə də Brüsselə tərəf boylananlar yanılırlar”-o bildirib.

Şərhlər

XƏBƏR LENTİ