Koçaryan ona qarşı irəli sürülən ittihamdan danışdı
Ermənistanın sabiq prezidenti (1998-2008) Robert Koçaryan ona qarşı irəli sürülən ittihamları siyasi təqib adlandırıb.
R.Koçaryan bunu "Yerkir Media” telekanalına müsahibəsində bildirib.
"İttiham saxtadır, siyasiləşdirilib və reallıqla heç bir əlaqəsi yoxdur... Bu siyasi təqibdir, vendetta, hüquq sürrealizmidir”, - deyə Koçaryan bildirib.Onun sözlərinə görə, istintaq bu cür ittiham irəli sürməklə Konstitusiya Məhkəməsinin qərarını və 2008-ci il prezident seçkilərinin nəticələrini rədd edir.”Kütlələrin əhval-ruhiyyəsini hüquq müstəvisinə keçirməyə cəhd edirlər, və elə fikir formalaşdırırlar ki, guya 2008-ci il prezident seçkilərində 21,5 faiz toplamış Levon Ter-Petrosyan qələbə qazanıb”, - deyə Koçaryan bildirib.
Qeyd edək ki, iyulun 26-da 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilsə də, məsələ ilə bağlı qərarın verilməsi bu gün saat 11.00-a təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.Ötən gün həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, 2008-ci ildə Yerevan hərbi qarnizonunun komandanı olmuş Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır