Telman İsmayılovun hoteli TBMM-də müzakirə edildi: Satışa çıxarılır
Azərbaycanlı biznesmen Telman İsmayılovun Antalyadakı "Mardan Palace" hoteli satışa çıxarılacaq.
Türkiyə mediasına istinadən xəbər veririk ki, sözügedən məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb.
CHP millət vəkili Elif Doğan Türkmənin 8 suallıq təklifini cavablandıran baş nazirin köməkçisi Mehmet Şimşək "Halkbank"ın "Mardan Palace"ı işlətməyəcəyini və hotelin yaxın zamanlarda satışa çıxarılacağını bildirib. Şimşək hotelin zərərdə olduğunu, yaxşı işlədilmədiyini və dövlət bankının əli ilə idarə edilməsinin doğru olmadığını, bu səbəbdən satışa çıxarılacağını söyləyib.
Qeyd edək ki, "Mardan Palace" ötən ilin noyabrında 719 milyon lirəyə hərraca çıxarılmış və "Halkbank" tərəfindən 360 milyon 50 min lirəyə alınmışdı. "AST İnşaat" isə tenderin ləğvi üçün iddia qaldırmışdı.
"Halkbank"ın "Mardan Palace"ı danışıqlı şəkildə aldığı və obyektin öncədən razılaşdırılmış bir şəxsə veriləcəyi iddia edilir. Onu da qeyd edək ki, "Mardan Palace" icra yolu ilə satışa çıxarıldığı zaman onu almaq istəyən şirkətlərə dolayı yolla hərraca qatılmamaları bildirilmişdi.
Xatırladaq ki, ötən həftə "Titanic Hotels" idarə heyətinin rəhbəri Mehmet Aygünün "Mardan Palace"ın borc vəziyyəti və ödəmə planı ilə bağlı Halkbank rəsmiləri və iş adamı Telman İsmayılovla xüsusi görüş keçirdiyi üzə çıxıb.
M.Aygün mətbuata açıqlamasında belə bir hotelin bağlı qalmasından narahat olduğunu və onu almaq istədiyi ilə bağlı görüşlər keçirdiyini bildirib. O, danışıqların müsbət nəticə verəcəyi təqdirdə işlərə başlayacaqlarını və oteli yenidən əvvəlki vəziyyətinə qaytaracaqlarını söyləyib.
Rebrendinq edilib-edilməyəcəyi ilə bağlı suala isə M.Aygün belə cavab verib:
"Bugünə qədər reklamı aparılmış olan "Mardan Palace"ın adını dəyişdirmək olmaz. Lakin adı "Mardan Palace Titanic Group" şəklində ola bilər. Bu işin təşkilini yüksək səviyyədə aparacağıq və zərər edən hoteli gəlir gətirəcək səviyyəyə yüksəldəcəyik. Xəyal dünyasında gəzməyəcəuik, ayaqlarımızı yerə basacağıq. Hamımıza xeyirli olsun"

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır