XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Fransanın çempionluğu 2 azarkeşin ölümünə səbəb oldu

Fransanın çempionluğu 2 azarkeşin ölümünə səbəb oldu

Fransanın çempionluğu 2 azarkeşin ölümünə səbəb oldu
16-07-2018, 12:43

Fransanın dünya çempionu olması 2 azarkeşin həyatına son qoyub.

Fransız mətbuatına istinadən xəbər veririk ki, 50 yaşlı kişi ölkəsinin qələbə sevincini Ansi şəhərində kanala atlayaraq qeyd etmək istəyib. Kanal dayaz olduğuna görə, boynu sınan azarkeşin həyatını xilas etmək mümkün olmayıb.

Digər fransız isə kubok həyacanını Sen-Feliks-loraqe şəhərində sükan arxasında qeyd etmək istəyib və avtomobili ağaca çırpılıb. 30 yaşlı kişi hadisə yerindəcə ölüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.