Gülənin taleyi bu gün həll olunur - Görüş
FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin müzakirə olunacağı toplantılardan birincisi bu gün Ankarada keçiriləcək.
Axar.az xəbər verir ki, Hüquqi Məsələlərə dair İşçi Qrupun toplantısının əsas gündəm maddələri FETÖ üzvlərinin və İzmirdə həbsxanada saxlanılan rahib Bransonun ekstradisiyası olacaq.
Hər iki ölkənin ədliyyə, xarici siyasət və kəşfiyyat orqanları əməkdaşlarının iştirakı ilə keçiriləcək iclasdan sonra mətbuata açıqlama veriləcək.
“Təqdim etdiyimiz sübutlar və sənədlər rəsmi şəkildə masaya qoyulacaq. Artıq Menbiçdə olduğu kimi, bu mövzularda da vaxt keçirmək dövrü bitəcək. ABŞ-la münasibətlərin normallaşdırılması və FETÖ lideri Gülənin qaytarılması yeni dönəmdə də prioritet məsələlərdən biri olacaq”, - XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, danışıqlar zamanı may ayında ABŞ-da 32 ay müddətinə həbs olunan keçmiş “Xalqbank” sədr müavini Hakan Atilla işinin də gündəmə gətirilməsi nəzərdə tutulur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır