Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - O isə...
Almaniyada yaşayan azərbaycanlı iş adamının bank hesabına yanlışlıqla 128 milyon avrodan artıq pul köçürülüb. Bir müddətdən sonra ölkə prokurorluğundan həmin iş adamına zəng olunub və ondan “hesabınıza səhvən bu qədər pul məbləği keçirilib, nə etmək fikrindəsiniz?” soruşulub.
Adı açıqlanmayan biznesmen də öz növbəsində məsələdən məlumatlı olduğunu bildirib. Vəsaitin ona məxsus olmadığı üçün geri qaytaracağını vurğulayıb.
Təxminən, yarım saatdan sonra yanlışlığa yol verən bankın qarşısına gedən soydaşımız maraqlı mənzərə ilə qarşılaşıb. İş adamının sözlərinə görə, o banka vardığında yüzə qədər alman ora cəm olunmuşdu. Həmin almanlar bank işçisinin yol verdiyi yanlışlıqdan sonra pulları azərbaycanlının hesabına köçürülən şəxslər olub.
Azərbaycanlı iş adamı hətta onu görən vaxt bəzilərinin təşəkkür naminə əlindən öpdüyünü, ona ürəkdən minnətdarlıq edənlərin də olduğunu bildirib:
“Hələ pulu geri qaytarmamış məndən hansı ölkədən olduğumu soruşdular. Baxdım ki, Azərbaycan barəsində bir çoxu məlumatlı deyil. Bildirdim ki, Azərbaycan çox inkişaf etmiş bir ölkədir. Orada düzgünlük, qanunlar o şəkildə işləyir ki, bu məsələlərdə heç bir problem olmur. Onlar mənə ehtiramlarını bildirdilər”.
Hadisə aprelin 19-da baş verib. Olay Almaniya mediasında da maraqla qarşılanıb. Mediada həmyerlimizin pulu qaytarmamaq səlahiyyəti olduğu halda, atdığı bu addım alqışlanıb.
Qeyd edək ki, əslən Ağdamdan olan iş adamının adı sayta məlum olsa da, açıqlamayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...