Bu şəkilə görə, iki ölkə arasında QALMAQAL: - Türkiyə XƏBƏRDARLIQ ETDİ
Türkiyə Yunanıstana Egey dənizindəki mübahisəli adalarla bağlı xəbərdarlıq edib.
Türkiyənin NTV telekanalına istinadən verdiyimiz məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Egey dənizində Lozanna müqaviləsi ilə hansı ölkəyə aid olduğu müəyyənləşməyən kiçik adalar var.
"Bir müddət əvvəl Kardaq qayalıqları ilə bağlı bir gərginlik oldu, hücum qayıqlarımız toqquşdu. Dünən də bir adaya Yunanıstan bayrağı sancmışdılar, əsgərlərimiz gedib o bayrağı çıxartdılar. Sabah olsa, yenə çıxarılacaq. Belə gərginliyə ehtiyac yoxdur, silahlar işə düşə bilər. Yunanıstanda bir müdafiə naziri var, populizmi sevir. Biz dedik ki, gərginliyə yol açmayaq. Qarşı tərəf Egey dənizində gərginliyə yol açacaq addımlar atmamalıdır”, - deyə o vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...