Öldüyü deyilən Gülnarədən yeni xəbər - Zirzəmidə qalır
Öldürüldüyü barədə məlumatlar yayılan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovadan yeni xəbər var.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Gülnarə Kərimova çirkli pulların yuyulması iddiasına görə İsveçrədən gələn müstəntiqlər tərəfindən dindirilib. Onu Cenevrə Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Qreqor Mangit təmsil edib. Vəkil bildirib ki, 9-10 dekabr tarixlərində, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən sorğu-sual 23 saat davam edib. Bundan başqa, Q.Mangit Gülnarə Kərimovanın sağlamlığının qaydasında olduğunu və Daşkənddəki köhnə evinin zirzəmisində qaldığını deyib. Vəkil onu da əlavə edib ki, Kərimovanın uşaqları, vəkilləri, ümumiyyətlə kənardan kimləsə əlaqə qurması qadağandır.
Xatırladaq ki, Gülnarə Kərimovanın ötən il noyabrın 5-ində zəhərlənərək öldürüldüyü və gizli şəkildə dəfn edildiyi barədə məlumatlar yayılmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır