Türkmənistanda ərzaq qıtlığı başladı - ACLIQ
Türkmənistanda əsas qida məhsullarının qıtlığı yaranıb.
Bu barədə lenta.ru “Azadlıq” radiosuna istinadən məlumat yayıb. Bildirilir ki, Marıy və Axal əyalətlərində noyabr ayında un iki dəfə bahalaşıb. Nəticədə sakinlər növbəti bahalaşmanın baş verəcəyində qorxaraq, kütləvi şəkildə un almağa başlayıblar. Beləliklə, bu vilayətlərdə un qıtlığı yaranıb.
Məlum olur ki, dekabrın əvvəlində bütün ölkədə un qatlığı başlayıb. Nəticədə aşağı keyfiyyətli çörək belə 0,28 dollara qədər bahalaşıb. Türkmən valyutası ilə bu, çörəyin 1,45-1,50 manat olması deməkdir. Aşqabadda isə yüksək keyfiyyətli undan hazırlanan çörək 3,5 manatdır.
Ət məhsulları ilə bağlı da qıtlıq yaşanmaqdadır. Dövlət mağazalarında toyuq budunun kiloqramı 8 manat (2,3 dollar) təşkil edir. Bir nəfərə 1 kq-dan artıq ət satılmır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır