Putin qoşunların Suriyadan çıxarılmasına əmr verdi
Bu gün Rusiya prezidenti Vladimir Putin Suriyadakı Hmeymin hərbi bazasına gedərək qoşun kontingentinin bu ölkədən çıxarılmasına dair əmrini elan edib. RİA Novosti-yə istinadən xəbər veririk ki, Putin Rusiya qoşun kontingentinin qarşısındakı çıxışı zamanı deyib: “Müdafiə nazirinə, Baş qərargahın rəisinə əmr verirəm ki, Rusiya qoşun qruplaşmasının çıxarılmasına və daimi dislokasiya yerlərinə çatdırılmasına başlasınlar”.
Putin qeyd edib ki, Rusiya silahlı qüvvələri və Suriya ordusu iki ildən bir qədər artıq müddətdə beynəlxalq terrorçuların “ən döyüş qabiliyyətli qruplaşmasını” darmadağın edib. “Bununla əlaqədar olaraq mənim tərəfimdən qərar qəbul olunub ki, Suriya Ərəb Respublikasında yerləşdirilmiş qoşun kontingenti evə, Rusiyaya qayıtsın”-Putin deyib.
Rusiya prezidenti hərbi bazadakılara təşəkkür bildirib. Onların evə qələbə ilə qayıtdıqlarını bildirib. “Dostlar, vətən sizi gözləyir. Yaxşı yol. Xidmətə görə təşəkkürlər. Əgər terrorçular yenidən baş qaldırmağa cəsarət etsələr biz onlara elə zərbə vuracağıq ki, indiyə qədər görməyiblər”-Putin deyib.
Putini Xmeymin bazasına səfərdə Suriya diktatoru Bəşər Əsəd, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya qoşun qruplaşmasının komandanı Sergey Surovkin müşaiyət ediblər.
Rusiya 2015-ci ilin sentyabrında Suriyada hava əməliyyatlarına başlayıb, Hmeymim aviabazasını yaradıb, daha sonra xüsusi təyinatlılardan və muzdlulardan ibarət quru qoşun kontingenti yeridib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır