Rusiyalı ulduz ərinə Maqomayevlə xəyanət edib - Şok iddia
Rusiyanın məşhur müğənnisi Svetlana Rezanova SSRİ xalq artisti Müslüm Maqomayev haqqında qalmaqallı bir iddia səsləndirib.
Birinci kanalda yayımlanan “На самом деле” verilişinə qonaq olan 75 yaşlı sənətçi azərbaycanlı müğənni ilə sevgili olduğunu qeyd edib.
Rezanova xalq artistinin o dövrdə evli olmadığını, başqa bir xanımla eşq yaşadığını bildirib. Aparıcı Dmitri Şepolovun suallarından sonra məlum olub ki, rusiyalı müğənni həmin dövrdə evli olub və Maqomayevlə 4 il ərzində münasibət yaşayıb.
Daha sonra efirdə Maqomayevin bacısı Tatyana Zayçeva sənətçinin səsləndirdiyi iddiaları təkzib edib.
O, qardaşının təkcə həyat yoldaşı Tamara Sinyavskayanı sevdiyini bildirib.
Bundan əlavə, Safaronovo sakini İrina Korotkova proqramda iddia edib ki, qızı Veronikanın atası azərbaycanlı müğənnidir. Layihə əməkdaşlarının köməkliyi ilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M. Maqomayev deyil.
İ. Korotoka mərhum ifaçının ailəsindən onun cənazəsinin açılmasını tələb edib. O, israrla qızının Maqomayevdən olduğunu bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır