Avropalı siyasətçi: "Müsəlmanlar 100 faiz insan deyil"
İsveçin İsveçli Demokratlar Partiyasının deputatı Martin Strid müsəlmanlar barədə qalmaqallı açıqlamalar verib.
Xarici mediaya istinadən xəbər veririk ki, SVT televiziyasında yayımlanan "Forum" proqramında çıxış edən Strid "İslamı öyrəndikcə dəhşətə gəlirəm. Müsəlmanlar 100 faiz insan deyil" deyərək böyük səs-küy və narazılığa səbəb olub.
Onun bu açıqlaması həm müsəlmanlar, həm də siyasətçilər tərəfindən narazılıqla qarşılanıb. Liberal Moderat Partiyasının rəhbəri Jan Björklund, Mərkəzi Liberal Partiyasının sədri Annie Lööf və İsveç Sol Partiyasının lideri Jonas Sjöstedt Stridi irqçilikdə ittiham ediblər.
Müsəlmanlar isə Martin Stridi xalqlar arasında kin və nifrət yaratmaqda günahlandırıblar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır