Ərdoğan: "Ankara, Moskva və Tehran Suriyaya dair mütəmadi danışıqlar aparacaqlar"
Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyətlə əlaqədar mütəmadi danışıqlar aparacaqlar. “NTV” telekanalına istinadən verdiyimiz xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Balıkəsir əyalətində hakim Ədalət və İnkişaf Partiyasının deputatları qarşısında çıxışı zamanı bildirib.
“Biz Suriyada humanitar böhrana son qoymaq üçün prinsipial razılığa nail olmuşuq. Biz hər 15 və ya 30 gündən bir danışıqlar aparacağıq. Ümid edirəm ki, Suriya yaşayan insanlar ən yaxın zamanda qərarlarımızın nəticəsini hiss edəcəklər”, - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentləri arasında Suriya nizamlanmasına dair görüş keçirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır