Roqozinin məxfi İran səfəri ləğv edildi
Rusiya Baş nazirinin müavini Dmitri Roqozin İran səfərindən imtina edib
Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Roqozinin belə addım atmasına İran tərəfinin onun səfəri haqda informasiya sızdırması səbəb olub. Moskva bu səfəri həssas mövzuların müzakirə edilməsi ucbatından məxfi saxlayıb.
Roqozin həmçinin Tehrana Moskvanın narazılığını bildirmək üçün getməliydi. Belə ki, son günlər İranın Qərb ölkələrindən sərnişin təyyarələri alması Moskvanın xüsusilə etiraz edəcəyi mövzu idi.
Roqozinlə bərabər, Tehrana daha bir neçə yüksək vəzifəli məmurun uçuşu gözlənilirdi. Bunlar sırasında Baş nazirin birinci müavini İqor Şuvalov və Energetika naziri Aleksandr Novak da var idi.
Qeyd edək ki, Roqozinin İrana səfəri haqda informasiyanı İranın Rusiyadakı səfiri Mehdi Sənai yayıb. O, bu məlumatı İran mətbuat orqanlarına müsahibəsində söyləyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır