Sevgilisinin öpüşü ölümünə səbəb oldu
ABŞ-da həbsxanada olan məhkum içəriyə narkotik vasitə keçirmək üçün qəribə metoddan istifadə edib və dünyasını dəyişib.
Xarici mediaya istinadən xəbər veririk ki, Oreqon ştatında qaynanasını öldürdüyü üçün ömürlük həbsə məhkum edilən Antoni Pauel sevgilisi Melissa Ann Bleyr tərəfindən ziyarət edilib. Görüş zamanı cütlük öpüşüb və Melissa ağzında gizlətdiyi 7 ədəd metamfetamin adlı narkotik vasitə ilə dolu torpacığı Antoniyə ötürüb. Torpacıqları udan məhkum qısa müddət sonra dünyasını dəyişib. Hadisədən sonra məlum olub ki, narkotik vasitə ilə dolu paketin 2-si Antoninin mədəsində partlayıb və o zəhərlənərək dünyasını dəyişib.
Qeyd edək ki, Melissa Ann Bleyr həbsxanaya narkotik soxmağa cəhd etdiyi üçün 2 il müddətinə azadlıqdan məhrum edilib. 46 yaşlı qadın həbsxanadan sonra 3 il müddətinə narkotik və psixoloji müalicə alacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır