Bolqarıstan Kommunist partiyasının villasını alan Azərbaycan investorları kimdir...
Azərbaycandan olan investorlar Bolqarıstanda vaxtilə Kommunist partiyasına məxsus olmuş villanı alıb və onu restavrasiya edir.
Bolqarıstan KİV-lərinə istinadən xəbər veririk ki, vaxtilə bolqar kommunistlərinin liderlərinin istirahət məkanı olan “Voneshta voda” spa-otelini alan azərbaycanlı investorlar malikanənin restavrasiyası zamanı onun tarixi görkəmini saxlamağı öhdəyə götürüblər. Layihənin mühüm hissələrindən biri də qədim Roma imperiyası dövrünün hamamlarını xatırladan pilləkanvari mineral su vannalarının bərpasıdır. Artıq malikanənin fasadı, fontanlar təmir olunub, iki mineral su hovuzu bərpa edilib.
Veliko Tırnovoda bolqar kommunistlərinin liderlərinin istirahət kompleksinin ərazisində yerləşən və Todor Jivkovun özünün istifadə etdiyi villanı isə bundan əvvəl daha bir neftlə zəngin keçmiş sovet respublikasından-Qazaxıstandan olan investor Adel Sarsaçev alıb.
Xəbərdə bildirilir ki, rusiyalı və azərbaycanlı brokerlər həmin rayonda daha bir neçə daşınmaz əmlakın alınması üçün danışıqlar aparır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır