Davosda forum iştirakçılarının otellərə qayıtmasında problem yaranıb
Bu gün İsveçrənin dağ kurortu Davosda öz işinə başlayacaq Dünya İqtisadi Forumunun bir çox iştirakçıları dağlarda baş verən yol insidenti səbəbindən öz otellərinə qayıda bilməyiblər.
Bu barədə TASS-a Rusiya nümayəndə heyətindən olan hadisə iştirakçıları məlumat veriblər.
Şahidlərin sözlərinə görə, bir-birindən 12 km. aralıda yerləşən Davos və Klosters kurortları arasındakı dağ yolu tamamilə bağlanıb. Forum iştirakçılarının əksər hissəsi Klostersdə qalır və forumun keçirildiyi Davosa xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə gəlirlər.
Hadisə şahidlərinin sözlərinə görə, gecə dağ yolunda yüzə yaxın mikroavtobus və digər avtomobillərin iştirakı ilə böyük tıxac yaranıb, yolda hərəkət tamamilə dayandırılıb. Polis yalnız "təcili yardım" maşınlarını buraxır. İnsidentə nəyin səbəb olduğu hələ ki, məlum deyil.
Bu il foruma rekord sayda – dünyanın 70 ölkəsindən 3 minə yaxın iştirakçı qatılacaq. Onların arasında 30 dövlət başçısı, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Böyük Britaniyanın baş naziri Tereza Mey də var.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır