Ermənilər sülh istəyən yazıçını 4 yaşlı qızı ilə hədələdilər
Sülh Platformasına dəstək verən, Qarabağın Azərbaycana qaytarılmasını tələb edən məşhur erməni yazar Vahe Avetyan həmyerliləri tərəfindən təhqir və təhdidlərə məruz qalıb.
Bu barədə Avetyan öz "facebook” hesabında yazıb. Yazarın sözlərinə görə, buna səbəb onun Azərbaycanın haqlı olduğunu bəyan etməsi, bir müddət əvvəl Bakıya səfərə gəlməsi və Xocalı soyqırımı abidəsini ziyarət etməsi olub.
"Azərbaycanın "CBC” telekanalına müsahibə verəndən və Azərbaycan xalqına başsağlığımı çatdırandan sonra mənə qarşı mütəşəkkilliyinə və miqdarına görə böyük hücumlar başlandı. Mənə minlərlə məktub gəlir, mərhum valideynlərimi, ailəmi, yaxınlarımı söyürlər və hətta 4 yaşlı qızımı zorlayacaqlarını və öldürəcəklərini deyirlər. Bütün bunların internetdə açıq şəkildə müzakirə olunmasına baxmayaraq, heç bir hüquq müdafiəçisi, jurnalist bu coşmuş itləri ağıllandırmağı öhdəsinə götürmür. Buna görə də sizə müraciət edirəm. Mənim ölkəmdə azad media yoxdur. Qrantları ilə cinayətkarları bəsləyən demokratik ölkələrin səfirlikləri bu haqda susur. Bu sükut sürgündə olan erməni yazıçıları üçün 10 illərlə davam edəcək. Bu insanların sükutu polis də daxil olmaqla, savadsız tör-töküntülərdə cəzasızlıq hissi yaradır", - deyə Avetyan qeyd edib.
V.Avetyan Ermənistanda rəsmi medianın da onun qətlinə çağırışlar etdiyini yazıb: ""Arovat”, "Xayos Aşxar” qəzetləri, "1in” saytı, "Van radiosu” və digərləri açıq mətnlə məni öldürməyə çağırırlar. Mən bu mətnləri dərc etməyi və Bakıda bütün demokratik ölkələrin səfirliklərinə çatdırmağı xahiş edirəm. Mən yazda İrəvana səfər etməyi planlaşdırıram. Əgər erməni polisi, xunta, rüşvət alan hüquq müdafiəçiləri, demokratik ölkələrin səfirliklərindən qrant alan cinayətkarlar mənə qarşı hücumu dayandırmayacaqlarsa, onda mən bir neçə nəfərin o biri dünyaya getməyəcəyinə zamin durmuram. Mənə fiziki hücum ediləcəksə, qabaqcadan xəbərdarlıq edirəm ki, məsuliyyət məndə deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...