Bərzani istefa verdi, ara qarışdı
İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin istefası bölgədə gərginliyə səbəb olub.
Xarici mediaya istinadən xəbər veririk ki, Bərzaninin vəzifəsinə davam etməsini istəyən peşmərgə qüvvələri əllərində Kalaşnikov silahları ilə parlamentə daxil olaraq ətrafa atəş açıb və "Rəhbərimiz Bərzani" şüarlarını səsləndiriblər. Goran Dəyişiklik Hərəkatı Partiyasının məlumatına əsasən, binada bəzi deputat və jurnalistlər qalıb, təhlükəsizlik səbəbilə bir müddət binanı tərk edə bilməyiblər.
Kürdüstan Vətənpərvərlər Birliyi ilə Goran Hərəkatı Partiyalarına aid binalar isə Zaho bölgəsində yandırılıb. Partiyalar Məsud Bərzaniyə xəyanətdə ittiham edilirlər.
Qeyd edək ki, Bərzaninin hakimiyyəti dövrü 2013 və 2015-ci illərdə 2 dəfə olmaqla 4 il uzadılıb. Kürd lider son günlərdə 1 noyabrda planlaşdırılan prezident və parlament seçkilərinin 8 ay müddətinə təxirə salındığını desə də, daha sonra planlaşdırılan tarixdə istefa verəcəyini açıqladı. Sentyabrda keçirilən müstəqillik referendumu, İKBM-nin digər ölkələrdən dəstək görməməsi və İraqın təzyiqi ərazidə vəziyyətin daha da gərginləşməsinə, muxtar vilayətdə fikir ayrılıqlarına səbəb olmuşdu.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır