Trampla Putinin telefon söhbətini kim dinləyirmiş? - Şok açıqlama
Xəbər verdiyimiz kimi, yanvarın 28-də ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında 45 dəqiqəlik telefon söhbəti olub. ABŞ mənbələrinin verdikləri məlumatlardan belə məlum olur ki, həmin söhbət naməlum üçüncü şəxs tərəfindən dinlənilirmiş.
“Forbes” jurnalının məlumatına əsasən xəbər veririk ki, bununla bağlı ABŞ prezident administrasiyasının nümayəndəsi xüsusi açıqlama ilə çıxış edib. “Biz vəziyyəti araşdırırıq, bəli, bu çox təhlükəli haldır”, - o deyib.
Ağ Ev Trampla Putinin söhbətinin dinlənilməsi barədə məlumatların araşdırıldığını bildirir. Bundan əlavə, ABŞ prezidentinin digər dövlət başçıları ilə telefon söhbətlərinin bəzi təfərrüatları üzə çıxıb. Bunu bu gün ABŞ prezidentinin mətbuat katibi Şon Spayserə istinadən “The Hill” nəşri yayımlayıb.
“Bu təfərrüatlardan bəziləri elə xarakter daşıyır ki, bir çox beynəlxalq protokol və qanunların birbaşa pozulmasıdır”, - nəşrin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Tramp baş verənlərlə əlaqədar çox narahatdır. “Bu söhbətlərin mövzusunun açıqlanması ehtimalı çox narahatlıq doğurur. Axı biz ölkəmizin adından ciddi işlər görməyə çalışırıq”, - mətbuat katibi qeyd edib.
Məlum olduğuna görə, Trampla Putinin söhbətinin gedişində “Strateji hücum silahlarının azaldılması ilə əlaqədar saziş” barədə mövzuya toxunulub və Tramp müşavirləri ilə məsləhətləşməli olduğunu deyib. Bundan sonra ABŞ prezidenti Putinə bildirib ki, həmin saziş Moskvanın maraqlarına xidmət edir və Vaşinqton üçün sərfəli deyil.
“Məsələ o deyil ki, Trampın bu müqavilədən xəbəri yoxdur, - Spayser deyib. – Sadəcə olaraq, o, müşavirlərinin bununla bağlı mövqeyini öyrənmək istəyib, bu isə tamam başqa məsələdir”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub