Türkiyədə “İyi” Partiya quruldu
Türkiyədə yeni partiya qurulur.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Meral Akşenerin yaradacağı partiyanın adı “İyi parti” olacaq. Məlumata görə, partiyanın şüarı isə “Türkiyə yaxşı olacaq”dır.
Qeyd edilir ki, Meral Akşener artıq partiyanın təsis sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.
Yeni partiyada bir neçə millət vəkilinin, keçmiş nazirlərin təmsil olunacağı gözlənilir.
***
Məlumat üçün bildirək ki, M. Akşener 1995-ci ildə Doğru Yol Partiyası tərəfindən namizəd irəli sürülərək Milli Məclisin deputatı olub.
Daha sonra o, 1996-1997-ci illərdə Türkiyənin ilk qadın Daxili işlər naziri kimi fəaliyyət göstərib.
Uzun zaman siyasi arenada öz yerini alan Akşener 2007, 2011 və 2015-ci illərdə Milliyyətçi Hərəkat Partiyasını məclisdə təmsil edib. Xanım siyasətçi 2016-cı ilin sentyabrında MHP-dən xaric edilib.
“Demokratiyaya ehtiyacımız var”-deyən Akşener artıq öz partiyasını quraraq, nümayəndələr seçməyə hazırlaşır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır