Fars-molla rejimi soydaşlarımıza qarşı repressiyanı davam etdirir - HƏBS OLUNANIMIZ VAR
Güney Azərbaycanın Ərdəbil şəhərində “Saray” dərgisinin baş redaktoru xanım Mojqan Siyami təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Oktyabrın 22-də təhlükəsizlik qüvvələri Siyaminin şəxsi evinə daxil olaraq onu yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparıblar. Baş redaktorun evində axtarış aparıldığı bildirilir.
Hələlik azərbaycanlı fəalın hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, M.Siyami azərbaycanlı milli-mədəni fəallardan biridir. O, “Saray” dərgisinin baş redaktoru və qadın haqları müdafiəçisidir.
Fəal İranda 12-ci prezident seçkilərində öz namizədliyini irəli sürüb, lakin onun namizədliyi rədd edilib. O, seçkilərdə “Din siyasətdən ayrı olmalı” və “Ana dilində təhsil olmalı” şüarları ilə çıxış edib. Həbsinin ana dili ilə bağlı fikirlərinə görə olduğu istisna edilmir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır