Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Krestı” həbsxanasında cəzaçəkən "Albert Rıjiy” ləqəbli avtoritet Əli Əhmədov Moskvaya etap olunub.
Məlumata görə, "Albert Rıjiy”lə bərabər, "Krestı” həbsxanasında "polejeniya”ya baxan "Sanya Qoça” ləqəbli qanuni oğrunun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub.
Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, "Albert Rıjıy” qanuni oğrudur, onun adına hörmət edilməlidir. "Gəlin onu Oğru Evimizdə” salamlayaq, uzun ömür, can sağlığı, sevinci günlər arzulayaq”.
Xatırladaq ki, Əli Əhmədov 1981-ci ildə Gəncədə anadan olub. 2012-ci ildə qanuni oğru adını alıb. 2014-cü ili iyunun 9-da Türkiyənin Ədirnə şəhərində saxlanılıb.
Elə həmin ay Türkiyədə Lotu Qulinin qardaşı "Namiq Bakinski”, "Nika Qaqqrinski”, "Qoça Rustavski, "Rafət Əli Bayramlisnki”, "Ceyhun Gəncinski” və daha bir neçə nəfərin iştirakıyla keçirilən "sxodkada” qanuni oğru adı əlindən alınıb.
Əli Əhmədov Sankt-Peterburq şəhər Frunze rayon məhkəməsinin qərarıyla 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 1921-ci ildə həbsdən azad edilməlidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır