Azərbaycanlı gənc Rusiya kanalında millətini təhqir etdi
Rusiyanın “THT” kanalında yayımlanan “Açıq mikrofon” yarışmasına Ruslan Həsənov adlı iştirakçı qatılıb. Verilişin qaydalarına görə, iştirakçı ona verilən müəyyən vaxt ərzində studiyada əyləşən münsifləri və tamaşaçıları güldürməyi bacarmalıdır.
R.Həsənov atasının üzərində qurduğu monoloqla bir neçə dəqiqəlik çıxışı ərzində azərbaycanlıları, ümumiyyətlə, müsəlmanları təhqir edib.
“Mənim qeyri-adi ailəm var. Atam azərbaycanlı, anam isə rusdur. Məni atamdan gizli xaç suyuna çəkiblər. Çünki o, müsəlmandır. Həmişə onunla gəzmək mənim üçün qorxulu olub.
Bir çox qızlar xarici vətəndaşlara ərə gedirlər ki, onların övladları gözəl olsun. Mənim anam azərbaycanlıya ərə gedib və mən doğulmuşam. Bu, nə sifətdir belə? Mister Binə, “erməni gənci”nə oxşayıram.
Atama görə mənim çox “maraqlı uşaqlığım” olub. Təkcə azərbaycanlı olduğuna görə deyil, həm də narkoman olduğuna görə”, - deyə o bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır