Bərzani geri addım atır
İraq Kürdüstanının başçısı Məsud Bərzani Bağdadın regiona qarşı tətbiq etdiyi sanksiyaları geri götürəcəyi təqdirdə kürd muxtariyyətinin müstəqilliyi haqqında referendumun nəticələrini dondurmağa hazır olduğunu deyib
“Əl-Əribiyyə” kanalına istinadən xəbər veririk ki, bu barədə bu gün kürd lideri ilə danışıqların nəticələri barədə danışarkən İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi bildirib.
Ən-Nüceyfinin sözlərinə görə, Bərzani İraq hakimiyyəti ilə dialoqa hazırdır
Xatırladaq ki, dünən Bərzani İraqın vitse-prezidentləri Üsamə ən-Nüceyfi və Ayad Alaui ilə danışıqlar aparıb. Həmin danışıqlarda Bağdadla Ərbil arasında yaranmış böhran vəziyyətindən çıxış üçün yollar axtarılıb.
Bununla belə, İraqın baş naziri ofisinin rəsmi nümayəndəsi Saad əl-Hədisi qeyd edib ki, vitse-prezidentlərin təşəbbüsü Bağdadın rəsmi mövqeyini əks etdirmir və görüşlər mərkəzi hakimiyyətlə razılaşdırılmayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır