Qod Nisanov Beynəlxalq Bankın Moskvadakı torpaq sahəsini almaq istəyir
Yəhudi əsilli azərbaycanlı milyarder, Moskvanın daşınmaz əmlak kralı Qod Nisanov Azərbaycan Beynəlxalq Bankının Moskvanın mərkəzindəki torpaq sahəsini almağa maraq göstərir. Bunu milyarder özü “Forbes”ə danışıb. Söhbət Azərbaycan Beynəlxalq Bankının Arbat küçəsindəki torpaq sahəsindən gedir. Bank həmin ərazidə tikinti layihəsi həyata keçirməyi planlaşdırmışdı.
“Biz bu layihəyə daxil olmaq istədik, Azərbaycan Beynəlxalq Bankının layihəsidir. Lakin bizim üçün hələlik heç bir perspektiv görmürəm. Onlar hələ bu sahəni necə satmağı müəyyən etməyiblər. Əvvəlcə onlar danışıqlara çıxdılar, sonra dayandırdılar. Onların həmin obyekti satma niyyəti barədə əminlik yoxdur. Ona görə də hazırda bizim planımızda belə layihə yoxdur”-Qod Nisanov deyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır